Yunus Oğuzun kitabı qırğız dilində çap olundu

18:58 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yazıçı-publisist, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub.

Trend-in məlumatına görə, fondun prezidenti Nüsrət Məmmədov bildirib ki, qırğız dilində işıq üzü görən “Temirlan” adlı kitab 544 səhifədən ibarət olmaqla, Y.Oğuzun Əmir Teymur haqqında hək iki romanının kompakt formasını təşkil edir. Kitab fond tərəfindən pulsuz paylanacaq.

Qeyd edək ki, kitabın təqdimatının Qırğızıstanın Prezident iqamətgahında keçiriləcəyi nəzərdə tutulub. Təqdimatda bir sıra tanınmış simaların iştirakı gözlənilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR