Qazaxıstan iqtisadi inkişaf ssenarisi hazırlayıb (FOTO)

Qazaxıstan iqtisadi inkişaf ssenarisi hazırlayıb (FOTO)
08:41 16 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan hökuməti neftin qiymətini bir bareli 20 dollara hesablayaraq, iqtisadiyyatın inkişaf ssenarisini hazırlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Qazaxıstanının birinci vitse prezidenti Bakıtcan Saqintayev bildirib.

“Dünya bazarlarında neftin qiymətində baş verən sürətli qiymət dəyişikliklərini nəzərə alaraq, dövlət başçısı Nursultan Nazarbayev Qazaxıstan iqtisadiyyatının inkişaf ssenarisini bareli 20 dollar olan neftə görə hesablamaq tapşırığı verib” deyə vitse prezident bildirib.

Saqintayevin sözlərinə görə, bu cür proqnozlar yanvarın 19-da hökumətin iqtisadi şurasında müzakirə edilərək, qərara əlavə və dəyişikliklər ediləcək. “Hökumət büdcə ilə bağlı sərt qərarlar qəbul etməkdə israrlıdır” deyə əlavə etdi.


Qazaxıstanın birinci vitse prezidenti Bakıtcan Saqintayev

O həmçinin qeyd etdi ki, hükumət antiböhran tədbirlərini maliyələşdirmək üçün əlavə ehtiyyat tədbirləri görür.

“ 2016-cı il üçün xüsusi ehtiyyat 225.5 mlrd.tenge hesablanıb ki, ehtiyac olduğu təqdirdə bu məbləğ ”Nurlu Yol” inkişaf proqramına, məşğulluq və digər dövlət proqramlarının maliyələşdirilməsinə yönləndiriləcək” Saqintayev bildirib.

O həmçinin əlavə edib ki, Qazaxıstanın büdcəsi 2015-ci il 1.2% artıb.

Qazaxıstan ötən ilin 20 avqustundan üzən məzənnə sisteminə keçib. 2014-cü ilin fevral ayında isə Qazaxıstan milli valyutası 20%-lik devalyasiyaya məruz qalıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR