Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb.
Belə ki, mübarizəyə ilk qoşulan Fəridə Əzizova 67 kq çəki dərəcəsində çemipon adını qazanıb.
Finala çıxaraq, olimpiadaya lisenziyanı rəsmiləşdirən taekvondoçumuz həlledici görüşdə türk əsilli alman döyüşçü Rabia Güləçlə qarşılaşıb.
Təmsilçimiz 1:0 hesablı qələbə qazanaraq, turniri çempion kimi başa vurub.
Qeyd edək ki, sabah turnirdə millimizin üzvlərindən Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) mübarizəyə qoşulacaqlar.
Milli.Az