Azərbaycanın məşhur stilistlərdən biri olan Sərxan yeni layihə təqdim edəcək.

Metbuat.az-ın məlumatına görə, Sərxan azərbaycanın məşhur ulduzların biri ilə yeni möhtəşəm layihə təqdim edəcək. Hələ ki, stilist müğənninin adını gizlətmək istəyir. O, zamanı gələndə bu barədə məlumat verəcək. Qeyd edək ki, Sərxan Aygün Kazımova, Röya, Səidə Sultan, Manana, Sevda Yahyayeva, Fidan Hacıyeva kimi məşhurların saçlarını “yaradıb”. Stilist Sərxan məşhur “Yar Studio” gözəllik salonunda çalışır.