Müğənni Kərim Abbasov İnstagramda küsülü olduğu əməkdar artist Mehriban Xanlarovanın açıq-saçıq fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi aktrisanın ünvanına bunları yazıb:

“Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm. Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür".

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. Kərim Abbasov sosial şəbəkədə Mehriban Xanlarovanın ünvanına təhqirlər yazmışdı. Mehriban Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Kərim Mehriban Xanlarovanın qalmaqallı fotosunu paylaşdı - Foto