Hindistanın kəşfiyyat xidməti ölkə paytaxtı Dehli və Haridvara şəhərlərində terror aksiyasının qarşısını alıb.
Milli.Az Report-a istinadən bildirir ki, bu haqda "The Times of İndia" qəzeti məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatı nəticəsində 3 nəfər tutulub. Onlar İŞİD terrorçu qruplaşmasının üzvləridir.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, tutulanlar Nyu-Dehlinin bir sıra yerlərində, o cümlədən ticarət mərkəzlərində terror aksiyaları keçirməyə hazırlığı başa çatdırmaq ərəfəsində imişlər. Onların Suriyadakı adamları ilə əlaqə saxladıqları da bildirilib.
Milli.Az