Bakı, 21 yanvar, AZƏRTAC
"Azər Türk Bank"ın "Arzular qutusu" layihəsinin qalibləri müəyyən olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihədə üç ən maraqlı arzu və təklifin müəlliflərinin qalib elan olunaraq mükafatlandırılması, üç nəfər layihə iştirakçısına isə həvəsləndirici mükafatların təqdim edilməsi nəzərdə tutulub. Layihədə həvəsləndirici mükafatlara layiq görülmüş şəxslərlə görüş keçirilib, onlara bankın məhsul və xidmətləri, həyata keçirdiyi kampaniyalar barədə ətraflı məlumat verilib. Layihə iştirakçıları "Arzular qutusu" ilə bağlı təəssüratlarını bölüşüblər. Onlara "Azər Türk Bank"ın hədiyyələri təqdim olunub.
Qeyd edək ki, layihə "Azər Türk Bank"ın sponsorluğu, "Nargis Fund" və "Amapola Exclusive Events" şirkətinin tərəfdaşlığı və təşkilatçılığı ilə ötən il yanvarın 1-dən bu il yanvarın 10-dək Fəvvarələr meydanında təşkil edilmiş "Soyuq əllər, isti ürək: Mələklər" adlı Yeni İl Xeyriyyə Yarmarkasında reallaşdırılıb.
"Arzular qutusu" layihəsinin həvəsləndirici mükafatlara layiq qalibləri ilə görüş
"Arzular qutusu" layihəsinin həvəsləndirici mükafatlara layiq qalibləri ilə görüş