"O səs Türkiyə"nin növbəti buraxılışlarında azərbaycanlı ifaçılar səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, Murat Bozun komandasında yarışan Ruslan İqnatenko rəqibləri Ali və Berkinlə birgə Bruno Marsın repertuarından "Locked out of Heaven" mahnısını səsləndirib. Çətin seçim qarşısında qalan M.Boz sonda Berkini seçdiyi üçün həmyerlimiz yarışmadakı çıxışını dayandırıb.
İlk turda Ebru Gündeşi seçən Mərdan Kazımov isə Altuğ və Deyiş Devran adlı iştirakçılarla səhnəyə çıxaraq "Uzun ince bir yoldayım" türküsün rok versiyasını səsləndirib. Onlar tamaşaçıların xahişi ilə mahnını ikinci dəfə təkrar səsləndiriblər. Sonda Ebrunun qərarı ilə Mərdan "O səs Türkiyə"ni tərk edib.
Mərdan sosial şəbəkədə "O səs Türkiyə"də iştirak edən Aynişan Quliyeva ilə İstanbul gəzintisindən foto da paylaşıb.
1