Xalq artisti Gülyaz Məmmədova 14 kiloqram kökəlib.
Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən müğənni yeni görünüşünün çox bəyənildiyini bildirib:
"Hər zaman 49 kiloqram olmuşam. Son vaxtlar çəkim artıb. İndi 63 kiloqramam. Ətrafımda olan hamı deyir ki, "Arıqlama, belə yaxşısan". Amma özümü pis hiss edirəm. Heç bir geyimim əynimə olmur. Qarderobumu dəyişmək məcburiyyətindəyəm.
Hələ ki, pəhriz saxlamıram, amma görsəm ki, 63 kiloqramdan yuxarı qalxıram, ciddi rejimə başlayacam. Bir də son günlər baxıma üstünlük verirəm, meziterapiya etdirmişəm".
Milli.Az
