İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Lyuk Şou "Real"ın portuqal hücumçusu Kriştianu Ronaldunun Olderl Edjdə yerləşən evini icarəyə götürüb.
ANS PRESS-in məlumatına görə, Ronaldu 2009-cu ildə "Kral klubuna" keçəndən sonra evi satmağa çalışsada ona müştəri tapmağa müvəffəq olmayıb.
19 yaşlı Şounun öhdəsində 5 yataq otağı, hovuz, sauna, trenajor zalı və başqa rahatlıqlar var. Evin icarəsi Lyuka aya 7 min funta başa gəlib.
Qeyd edək ki, futbolçunun maaşı həftədə 100 min funtdan çoxdur.




