Bakı. Azad Həsənli - Trend:

Fevralın 19-da Türkiyənin Kayseri vilayətində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "İhlas" agentliyi Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaşa istinadən xəbər verir.

Nazir bildirib ki, bundan başqa, tədbirdə 3 ölkədən təqribən 500 iş adamının iştirakı planlaşdırılır.

Bizi Twitter-dən izləyin: @trend_az