Sərəncama əsasən, Elman Hidayət oğlu Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.
Dövlət başçısının digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb..

Elman Zeynalov - geri çağırılan səfir
İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə, sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb.
1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın Amerikadakı səfirliyinin siyasi məsələlər şöbəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub.
İlqar Muxtarov 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.
İ.Muxtarov Azərbaycan səfiri kimi eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.
2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Səfir rus, ingilis, türk, ərəb dillərini əla, ispan dilini isə orta səviyyədə bilir. Ailəlidir,bir oğlu var. İ.Muxtarov Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəri.Amaliya Pənahovanın oğludur.

İlqar Muxtarov - geri çağırılan səfir
Prezident İlham Əliyev həmçinin bir sıra ölkələrə yeni səfirlər təyin edib. Prezident Elxan Cahangir oğlu Qəhrəmanovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.