Axşam.az-ın məlumatına görə, aparıcı Aynur Hacıyevanın təşkilatçılığı ilə əyləncə məkanlarının birində baş tutacaq konsertdə bəstəkar Sevinc Tofiqqızının mahnıları səsləndiriləcək.
Gecədə xalq artisti Flora Kərimova, Fidan Hacıyeva, türkiyəli müğənni Oya Ergün, əməkdar artist Manana, müğənnilər Leyla Babayeva, Niyam Salami, Vüqar Muradov, Aslan, Rəşad İlyasov, Elariz Məmmədoğlu, Əkbər Əliyev və Aysel Əlizadə çıxış edəcək.