ANS PRESS-in məlumatına görə, Bülənt Ersoy tədbirdə Sezen Aksuya özünə gəlməyi məsləhət görüb. İfaçının sözlərinə görə, onun belə qərar verməyə haqqı yoxdur.
“O, 80 milyonun Sezen Aksusudur. Onun belə danışmağa haqqı yoxdur. Məncə özünə gəlsin. Onun hələ kəşf edəcək çox yetənək var. Ola bilsin kimsə Sezenin qəlbini qırıb. Əgər sağlığım yerində olsaydı onun evinə basqın edərdim".
Bir müddət əvvəl Sezen Aksu Bülənt Ersoya səhnədən getməsini məsləhət görüb.

Sezen Aksu - ifaçı
Müğənni özü haqqında danışarkən isə əlavə edib ki, yatağa girən zaman belə qızıllarını taxır. Müğənni 14 fevralda sevgililər gününü kiminlə qeyd edəcəksiniz sualına zarafatla cavab verib:
"Sevgililər günündə köhnələrlə vaxt keçirəcəyəm. Amma aranızda yaraşıqlı biri varsa, "yox" demərəm".
İfaçı 2 dəfə evli olub. İlk dəfə 1998-ci ildə 20 yaşlı Cem Adler ilə evlənib. 2007-ci ildə Armağan Uzun ilə ailə həyatı qurub və 4 aydan sonra ayrılıblar. Ərsoy, son olaraq özündən 38 yaş kiçik sevgilisi Berk Yılmaz ilə eşq yaşayıb.

Armağan Uzun
Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişib. Kişi olduğu halda səhnəyə qadın qiyafələrində çıxmağa başlayıb.