Qəsəbə sakinləri 1984-cü il təvəllüdlü Sofiya Vahid qızı Vəliyeva və 1980-cı il təvəllüdlü Aygün Rafiq qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən qadınlar tibbi müəsisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onların vəziyyəti ağırdır. Zəhərlənən qadınlar əmiqızıdırlar.
Son sutka ərzində 3 nəfər isə dəm qazının qurbanına çevrilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Səbail rayonu ərazisində yaşayan İradə Hacıyeva, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Ağamövsüm Məmmədov və arvadı Sevil Məmmədova dəm qazından zəhərlənərək ölüblər.
Qeyd edilən bütün faktlarla bağlı araşdırma aparılır.