Rusiyanın Şimali-qərb federal dairəsinin miqrasiya siyasəti üzrə İctimai Şurasının sədri, Beynəlxalq qaçqın uşaqların reabilitasiya və sosial müdafiə Mərkəzinin direktoru, keçmiş Bakı sakini Adelina Mnatsakanova ilə müsahibə dərc edilib.

Söhbət edərkən o, 1989-cu ildə Bakını tərk edərkən Lenin prospektində yerləşən evini o dövrdə Azərbaycan Nazirlər Şurasının sədri olan Ayaz Mütəllibova satdığını deyib.

Milli.Az bildirir ki, A.Mütəllibov haqqin.az ilə əlaqə saxlayaraq Mnatsakanovanın mənzili alması barədə sözlərini təkzib etməyi lazım bilib.

"Mən onu tanımıram, ümumiyyətlə, o adam haqqında birinci dəfədir ki, eşidirəm. Ondan heç bir mənzil də almamışam. İnanın ki, alsaydım, bu faktı təkzib etməzdim", - sabiq prezident qətiyyətlə bildirib.

Milli.Az