21 yaşlı Balakən sakini dəm qazından zəhərlənib

03:02 31 Dekabr 2014
63 Digər
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 02:58 ]

Balakən. Vüqar Heydərov-APA.  21 yaşlı Balakən rayon sakini dəm qazından zəhərlənib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1993-cü il təvəllüdlü Elfanə Doldolova dekabr ayının 30-u axşam saat 20:30 radələrində  zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 21 yaşlı Elfanə Doldolova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elfanə Doldolovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR