"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul-İzmir və İstanbul-Ankara-Mersin şəhərlərini bağlayan əsas magistral yolları üzərində yerləşən "SOCAR CNG" satış stansiyaları artıq xidmət göstərməyə başlayıb.
CNG xəttinin ilk hissəsi Gəbzənin Şəkərpınar ərazisindən başlayaraq Bolu, Ankara və Aksaray stansiyalarından Mersinə qədər uzanır. İkinci hissəsi isə Gəbzəni Bursanın Gemlik, Mustafakemalpaşa və İzmirin Kamalpaşa stansiyaları ilə İzmirə birləşdirir.
"SOCAR CNG" şəbəkəsi 200-250 km məsafələrdə quraşdırılıb və ümumi sayı 8 ədəddir.
"SOCAR CNG" stansiyalarının sayının bu il ərzində artırılması nəzərdə tutulur.