A–
Bakı, 4 fevral, AZƏRTAC
“DəmirBank” müştərilərin dollarla olan öhdəliklərinin qaytarılması ilə bağlı çətinlikləri və bunun əsasında daxil olmuş müraciətləri nəzərə alaraq, bir sıra güzəşt və təkliflər paketi hazırlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, güzəşt və təkliflər 2015-ci il dekabrın 21-dən əvvəl istehlak və mikro krediti götürmüş müştərilərə aiddir. Güzəştlər yalnız ABŞ dolları deyil, həmçinin manatla götürülmüş kreditlər üçün də nəzərdə tutulub.
Ətraflı məlumatı bankın məlumat mərkəzindən (012) 149, http://www.demirbank.az/?/az/ saytından və www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.