A+
A–

Bakı, 5 fevral, AZƏRTAC
Zimbabve Prezidenti Robert Muqabe fevralın 5-də güclü quraqlığa məruz qalan kənd təsərrüfatı rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda ölkə əhalisinin 26 faizinin təcili qida yardımına ehtiyacı yaranıb.
BMT-nin Dünya Ərzaq Proqramının məlumatına əsasən, ötən il quraqlıq nəticəsində Zimbabvedə 1,5 milyon nəfər aclıq təhlükəsi ilə üzləşib.