Bakı. Trend:

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da Çexiya yığması ilə qarşılaşıb. Oyun Azərbaycan milli komandasının 6:5 hesablı qələbəsi ilə bitib.

Komandamız bu qələbə sayəsində tarixində ilk dəfə olaraq Avropa çempionatının 1/4 final mərhələsinə yüksələ bilər.

Bizi Twitter-dən izləyin: @trend_az