Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, millimiz Serbiyanın Belqrad şəhərindəki "Belqrad Arena"da Çexiya yığması ilə qarşılaşıb. Oyun Azərbaycan milli komandasının 6:5 hesablı qələbəsi ilə bitib.

Komandamız bu qələbə sayəsində tarixində ilk dəfə olaraq Avropa çempionatının 1/4 final mərhələsinə yüksələ bilər.

Milli.Az