A+
A–

Bakı, 8 fevral, AZƏRTAC
Polis Denverin mərkəzində bir neçə küçəni bağlayıb və şəhər komandasının Superboulda qələbə qazanmasını qeyd edən azarkeşlərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, fevralın 7-də “Denver Bronkos” klubu Milli Futbol Liqasının çempionu adı uğrunda final qarşılaşmasında - 50-ci Superboulda “Karolina Panterz” klubu üzərində qələbə qazanıb.
“Denver Post” qəzetinin məlumatına əsasən, azarkeşlər küçədəki zibil qablarını aşırıb və patrul avtomobilinin şüşəsını sındırıblar. Şəhərin mərkəzində dəmiryol nəqliyyatın hərəkəti pozulub.
İğtişaşlar zamanı xəsarət alanlar və saxlanılanlar barədə hələ ki, heç bir məlumat verilmir.