A–
Tokio, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Tokioda milli valyuta yenin məzənnəsi ABŞ dollarına nisbətdə qlobal iqtisadiyyatın zəifləməsi barədə yayılan xəbərlər fonunda investorlar tərəfindən artan tələb nəticəsində kəskin qalxıb.
Müvəqqəti də olsa bir ABŞ dollarına nisbətdə yapon yeninin məzənnəsi 115 səviyyəsində qalıb və bu, 2014-cü ildən bəri ən aşağı həddir.
Bazar mənbələrinin bildirdiyinə görə, fevralın 8-də Avropa fond bazarlarında səhmlərin qiymətinin düşməsi yenin məzənnəsinə kəskin təsir göstərən əsas səbəbdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio