A–
Bakı, 16 fevral, AZƏRTAC
Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının ərazisindən bəyan etməməklə çıxarılması cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Sankt-Peterburq aviareysilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.
Ş.Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.