Müğənni Sevda Sanəliyeva sosial şəbəkədə adına açılan saxta profillərdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində polisə müraciət edəcəyini deyib:

“Facebook-da açsanız, o qədər Sevda Sanəliyeva var ki... Qardaşımla olan şəklimi qoyub, yazıblar ki, “Nişanlım və mən”. Anamla fotoma isə “Qayınanam” yazıb. Şərhlərdə isə hamıya mənim adımdan cavab verir. Hətta mənim şəklimlə başqa adla profil açanda var idi. Ona yazdım ki, şəkillərimi sil. Cavab verdi ki, “Əlindən nə gəlir et. Mən şəkilləri silməyəcəm”. Əgər silməsə, polisə müraciət edəcəm. Hansı yolla olursa-olsun o səhifəni bağlatdıracam”.