Müğənni Sevda Sanəliyeva sosial şəbəkədə adına açılan saxta profillərdən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" verilişində polisə müraciət edəcəyini deyib:

"Feysbukda açsanız, o qədər Sevda Sanəliyeva var ki... Qardaşımla olan şəklimi qoyub, yazıblar ki, "Nişanlım və mən". Anamla fotoma isə "Qaynanam" yazıb. Şərhlərdə isə hamıya mənim adımdan cavab verir. Hətta mənim şəklimlə başqa adla profil açan da var idi. Ona yazdım ki, şəkillərimi sil. Cavab verdi ki, "Əlindən nə gəlir, et. Mən şəkilləri silməyəcəm". Əgər silməsə, polisə müraciət edəcəm. Hansı yolla olursa-olsun o səhifəni bağlatdıracam".

Milli.Az