A–
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının saytında (www.tyuz.az) yeni bölmə yaradılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2011-ci ildən teatrda yaradılmış “Rəy kitabı”na əsasən fəaliyyətə başlayan yeni bölmə “Bizə yazırlar” adlanır. Bu bölməyə 2011-ci ildən bu günə kimi “Rəy kitabı”nda yer alan ən maraqlı fikir və rəylər daxil edilib.
Bölmədə müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb. Rəylər həm uşaqlar, həm də böyüklər üçün olan tamaşalara yazılıb.
Daim yenilənən, maraqlı məlumatları əks etdirən saytda bundan sonra da bəzi yeniliklərin olacağı gözlənilir.
azertag.az: Gənc Tamaşaçılar Teatrının saytında yeni bölmə yaradılıb