"Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov əvvəlcədən bilirdi".

Milli.Az Report-a istinadən bildirir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatında deyib.

Onun sözlərinə görə, faciədən son­ra Azərbaycan Daxili İşlər Nazirliyi faciədə cəmi i­ki adamın öldüyü haqqında məlumat yayıb:­ "Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək­ üçün xeyli əziyyət çəkdi".
X.Vəliyev əlavə edib ki, Xocalı faciəsi­nin beynəlxalq aləmdə tanıdılmasında Ley­la Əliyevanın "Xocalıya ədalət" kampaniy­asının böyük rolu olub.

O qeyd edib ki, soyqırım üçün hansısa irqi məhv etmək lazım deyil, buna cəhd etmək, belə bir fikrə düşmək özü də bu cinayətin bir hissəsi deməkdir: "Günümüzdə soyqırımların ən pik nöqtəsi Xocalı faciəsidir".

Milli.Az