Müasir dövrdə “sosial şəbəkə xəstəliyi”nə yoluxanların sayı günü-gündən artır. Bundan ən çox əziyyət çəkənlər isə tanınmış simalardır. Onların paylaşımlarını hər gün on minlərlə insan izləyirlər. Bu paylaşınlara kimi tərif, kimi tənqid, kimi isə təhqir dolu cümlələr yazır.
Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların sosial şəbəkədəki fəaliyyətlərini soruşub:
Əməkdar artist Almaz Ələsgərli həm Facebook-da, həm də İnstaqramda oturduğunu bildirib:
“Hər iki sosial şəbəkənin fəal iştirakçılarındanam. Amma mənə heç kim təhqir yazmır. Bir vaxtlar adıma saxta profillər açılmışdı, indi heç onlar da yoxdur”.
Əməkdar artist Aybəniz Haşımova müğənnilərə çox təhqir yazılmasından şikayətlənib:
“Öz başıma belə hadisə gəlməyib. Başqa ifaçıların paylaşımlarında təhqirlər oxumuşam. Mənim sosial şəbəkəmə tələbələrim də nəzarət edir. Bəlkə olur, onlar silir. Sağlam tənqid normaldır. Amma insanın şəxsiyyətini vicdansızcasına alçaltmaq düz deyil”.
Aparıcı Afaq Gəncəli İnstaqramdan yorulduğunu və silmək istədiyini deyib:
“Hərdən elə istəyirəm ki, silim, canım qurtarsın. Amma vərdişim buna mane olur. Düşünürəm ki, başımı nəylə qatacam? Düzgün olmayan şərhlər, tənqidlər yazırlar. Adam dəhşətə gəlir”.
Aparıcı Cavid Gül təhqir yazanı “qara siyahıya” atdığını deyib:
“Bəzən tənqid, bəzənsə təhqir yazırlar. Əvvəl düşünürdüm ki, həmin insanı tapım, cəzasın verim. Amma şərhi silib, izləyicini “qara siyahı”ya atmaq ən yaxşı vasitədir”.
Müğənni Emil Bədəlov hər zaman paylaşdıqlarına diqqət etdiyini bildirib:
“Sosial şəbəkələrdə hər zaman diqqətli olmaq lazımdır. Yazılanlara da cavab yazanda ehtiyatlı olmalısan. Fəal üzvlərdən biriyəm. Bir-iki dəfə təhqir yazan olmuşdu, çalışdım tapım. Amma sonra gördüm ki, boş yerə özümü əsəbiləşdirirəm. Tənqidi şərhlərə cavab vermirəm, onları silirəm”.
Müğənni Samira Allahverdi “Neqativ şərhlər yazırlar. Onu silmirəm. Təhqir etsə “qara siyahı”ya salaram. Amma təhqirə keçən olmayıb” deyə, söyləyib.
Aparıcı Nərgiz Vahabqızı tənqid yazanları paxıl adlandırıb:
“Sosial şəbəkədə gənc qızlar çox tənqid yazırlar. Onlara isə əhəmiyyət vermirəm. Çünki hamısı paxıllıqdan irəli gəlir. Təhqir edəni isə aradan qaldırmaq asandır. Atırsan “qara siyahı”ya bitib gedir”.
Aktrisa Ülviyyə Əliyeva İnstaqram xəstəliyinə yoluxmadığını deyib:
“Təkcə Facebook-da varam. Onu da ancaq xəbərləri oxumaq üçün istifadə edirəm. Dostluğumda tanımadığım insanlar olmadığı üçün mənə təhqir yazanlar da yoxdur. Hələ ki İnstaqram xəstəliyinə yoluxmmışam”.
Müğənni Əbdül Xalid paylaşdığı şəkillərə ciddi nəzarət etdiyini vurğulayıb:
“İnstaqramda varam. Yazılanlara nəzarət edirəm. Elə edirəm ki, heç vaxt təhqir yazmırlar. Amma mən səni bəyənmədim yazanlar var onu silmirəm. Məcbur deyil ki, hamı məni bəyənsin”.
Müğənni Kərim Abbasov isə heç bir sosial şəbəkədə olmadığını deyib:
“Mən sosial şəbəkədə yoxam. Profilimi köməkçim istifadə edir. Şəkillərim olanda da ona göndərirəm, yerləşdirir”.
"İnsanı belə alçaltmaq olmaz" - Müğənnilər şərhlərdən giley etdi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Cennifer Lopez oğlunun geyimi ilə bağlı iradından danışdı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polşa Belarusla sərhəddə bufer zonasının müddətini uzatdı
Bu gün
·
12:46
Hava kəskin dəyişəcək - Noyabrın 30-nun havası
Bu gün
·
12:37
Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı
Bu gün
·
11:22
“Qarabağ” və “Şamaxı” bu gün meydana çıxacaq
Bu gün
·
10:38
İlon Mask USAID-i insan ölümündə ttiham etdi
Bu gün
·
10:00
ABŞ-də “Qara cümə” günü ilə bağlı rekord
Bu gün
·
09:02
Los-Anceles yaxınlığında 5 maqnitudalı zəlzələ oldu
Bu gün
·
01:56
“Sabah” və “Turan Tovuz” qalib gəldi
Bu gün
·
00:42
Yenilənib
Paşinyan: Ermənistan müxalifəti Azərbaycanla sülhə mane olur
Dünən
·
23:18
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru inşa edəcək
Dünən
·
22:45
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Dünən
·
21:27
Z nəslinin kişiləri yaşlı nəsildən daha ənənəvi düşünür - Araşdırma
Dünən
·
20:23
Göyçayda şəhid Fərid Nadirovun ildönümü keçirildi
Dünən
·
20:03
Cennifer Lopez oğlunun geyimi ilə bağlı iradından danışdı
Dünən
·
19:14
"PSJ"nin daha bir futbolçusu sıradan çıxdı
Dünən
·
18:26