"Report" xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, yazıçının ailəsinin hərraca çıxardığı 45 qutu əlyazmanı adı anonim saxlanılan kolleksiyaçı alıb.
Əlyazmalar arasında "Xaç atası" romanının müxtəlif hissələri, romana aid yazıçının etdiyi bir çox qeydlər, həmçinin roman əsasında çəkilən filmin ssenarisi yer alıb.
Əlyazmalar arasında yazıçının məşhur "Xaç atası" filminin rejissoru Frensis Ford Koppolo ilə şəxsi yazışmaları, filmlə bağlı qeydləri də, yer alıb.
Xatırladaq ki, Mario Pyuzo Nyu-Yorkda italyan emiqrantının ailəsində dünyaya gəlib.
Yaradıcılığına jurnalist kimi başlayan yazıçı, 1969-cu ildə "Xaç atası" romanını yazıb. Dünyada məşhurlaşan roman əsasında çəkilən filmdən sonra yazıçının şöhrəti daha da, çoxalıb. Mario Pyuzo 1972-ci ildə "Xaç atası" filminin ssenari müəllifi kimi "Oskar" 1974-cü ildə filmin ikinci hissəsinin ssenarisinə görə yenidən "Oskar"a layiq görülüb.