ABŞ və Rusiyanın Suriya üzrə əldə olunan atəşkəsə dair razılıq əldə etməsi Azərbaycan üçün də çox müsbət haldır. Bu razılaşma regionda sabitliyin olması və sülh prosesləri üçün yaxşı zəmin yarada bilər.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.

Suriya üzrə razılaşmanın Azərbaycana və bölgəyə təsiri

Politoloq hesab edir ki, bu razılıq regionda hərbi gərginliyi nisbətən azaldacaq, eləcə də Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasına təsir göstərəcək:

"Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya ilə münasibətləri normallaşdırmaq istədiklərini bildirmişdi və futbol dili ilə ifadə edərək "top artıq Rusiya tərəfdədir" deyə qeyd etmişdi. Düşünürəm ki, bu razılaşmadan sonra bu iki dövlət arasında hərbi gərginlik nisbətən yumşalacaq.

Ən əsası odur ki, ümumiyyətlə, ilk dəfədir ki, uzun müddətdən sonra qarşı-qarşıya duran Rusiya və ABŞ-ın rəhbərlik etdiyi iki fərqli koalisiya arasında uzlaşma olub. Onu da qeyd etmək lazımdır ki, bu razılıq Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub. Bu razılaşma ümumən bizim region üçün, sülh prosesləri üçün müsbət ab-hava yaradır.

Razlığına görə, atəşkəs yalnız Suriya ordusu və müxalif qüvvələrə şamil edilir və antiterror əməliyyatları ərazidəki terror qruplaşmalarına qarşı dayandırılmayacaq".

Suriya üzrə razılaşmanın Azərbaycana və bölgəyə təsiri

Qeyd edək ki, dünən İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ rəsmiləri arasında Suriyada atəşkəs rejiminə dair saziş layihəsinin imzalandığı bildirilir. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək. Məlumata görə, sənəddən İŞİD və "Cəbhət ən-Nüsrə" qruplaşmalarının adları çıxarılıb. Yəni tərəflərin atəşkəs razılığı bu qruplaşmalara qarşı şamil edilmir.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslarından da əldə etmək mümkündür:

http://bakunetwork.com

https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg

İlkin İzzət
Milli.Az