A+
A–

Bakı, 24 fevral, AZƏRTAC
Diametri 325 millimetrlik orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi, qaz xətləri üzərində quraşdırılmış siyirtmələrin araqatlarının yenilənməsi, diametri 219 millimetrlik orta təzyiqli qaz xəttinin yeraltı keçid sahələrində korroziyaya uğramış hissələrinin yenisi ilə əvəzlənməsi, çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 24-də saat 9-dan işlər yekunlaşanadək Bakının Sabunçu, Xəzər, Xətai və Nizami eləcədə də, Şəki, Gədəbəy, Ağcabədi, Sabirabad, Hacıqabul, İmişli, Neftçala, Saatlı rayonlarının və Xudat şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
AZERTAG.AZ :Bakının və respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq