A+
A–

Naxçıvan, 26 fevral, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirdə bu barədə danışılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində mühüm işlər görüb. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır.
Sonra Babək Rayon Xalq Teatrı tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında hazırlanmış tamaşanı göstərib.
Tamaşadan sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıblar.
AZERTAG.AZ :Xocalı faciəsinə məhz Ulu Öndərin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib