Müğənni Sevda Sanəliyevanın oğlu Elgünün ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi övladının 1 yaşını təmtəraqlı qeyd etməyəcəyini bildirib.

Təəssüratlarını bölüşən S.Sanəliyeva bunları qeyd edib:

"Mənim baldan da şirin balam... Ananın gülməyinin səbəbi, gözlərinə qurban olum. Sən gülən kimi göyqurşağı yaranır, quşlar nəğmələr oxuyur, mələklər ətrafında uçuşur, hər şey yaşıllanır, güllər açır, bütün dünya sevinir... Ad günün mübarək, atam. İlk yaşından etibarən Allah nəzərini üstündən əskik etməsin. Allah səni bizə, bizi sənə çox görməsin. Günahsız balam, Elgünüm. Böyük oğlan ol. Atanın, ananın fəxri ol mənim cırtdanım. Düz keçən ilin bu günündən səni gördüyüm andan səni canımdan çox sevirəm. Allahımın mənə hədiyyəsi. Atam, qardaşım, bütün varım-yoxum, zənginliyim...".