A+
A–

Bakı, 29 fevral, AZƏRTAC
Ötən il Türkiyə kinoteatrlarında nümayiş olunan 406 yerli və xarici filmi hər gün 166 min insan izləyib. Ümumilikdə filmlərə baxmaq üçün kinoteatrlara 60 milyon 740 min 568 tamaşaçı gəlib. Bu say tərkibi 2014-ci illə müqayisədə dəyişməyib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, kinoya baxmaq üçün teatrlara üz tutan təxminən 61 milyon tamaşaçının 34,7 milyonu (57 faiz) yerli filmlərə, 26,3 milyonu isə (43 faiz) xarici filmlərə baxmaq üçün gəlib.
İzlənən 10 filmdən 8-ni yerli ekran əsərləri təşkil edib. Ən çox izlənən film təxminən 5,2 milyon tamaşaçı ilə “Toy Dərnək 2: Sünnət” adlı filmi olub. Film tamaşaçı sayına görə 1989-cu ildən bəri ən çox izlənən ilk 4 filmdən biridir. İkinci sırada yerli film olan “Möcüzə”, üçüncü sırada isə “Sürətli və qəzəbli 7” filmi yer alıb.

AZERTAG.AZ :Ötən il Türkiyə kinoteatrlarında nümayiş olunan filmləri hər gün 166 min insan izləyib