Xalq artisti Aygün Kazımova “Yalana bax” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, sözləri Sevinc Şirinə, musiqisi Sevinc Tağıyevaya məxsus olan bəstənin seviləcəyinə əmindir:
“Mahnını çox bəyəndim. Bu, mənim bəstəni yaradan cütlük ilə silsilə işimdir. “Məhəbbətə hə”, “Düşün məni”, “Sevgi yağışı”, “Dəli rüzgar” adlı hitlərimin müəllifləridir. Bu mahnını ilk dinləmədən sevdim. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yeri olan mahnı olacaq”.
A.Kazımova “Yalana bax” adlı mahnısı üçün fotoqraf Kamran Aydınovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etdirib. Aygün Kazımovanın stili üzərində isə Ruxa çalışıb. Layihənin prodüseri isə Kazım Sübhandır.

