A+
A–

Bakı, 2 mart, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın energetika naziri Aleksandr Novak neftin barrel qiymətinin 100 dollar səviyyəsinə qayıtmasının mümkün olmadığını açıqlayıb.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, nazir deyib: “Bu gün üçün neftin qiymətlərinin yenidən 2014-cü, 2013-cü və 2012-ci illərin səviyyəsinə qayıtmasının, yəni “Brent” neftinin barrelinin 100 dollardan baha satılmasının mümkün olmadığını düşünürük. Bugünkü qiymətlər şist neftinin istehsal dəyərindən və bazardakı təklifi artıracaq layihələrdən asılıdır”.
A.Novak “qara qızıl”ın qiymətlərinin 50-60 dollar olmasının bazarda təklif çoxluğuna səbəb olacağını və qiymətlərin yenidən aşağı düşməyə başlayacağını da sözlərinə əlavə edib.
AZERTAG.AZ :Aleksandr Novak: Çətin ki, neftin qiyməti yenidən 100 dollaradək bahalaşsın