İfaçılar xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natavan Həbibi, “Şeron” vokal qrupu, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov və Elçin Cəfərov olacaq.
Konserti “Buta” instrumental ansamblı müşayiət edəcək.
Qeyd edək ki, ansamblın bədii rəhbəri xalq artisti Fəxrəddin Dadaşov, musiqi rəhbəri Rövşən Qurbanovdur.