A–
Bakı, 4 mart, AZƏRTAC
Aprelin 7-də Heydər Əliyev Sarayında “Emin Sabitoğlunun musiqi dünyası” adlı konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natəvan Həbibi, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov, Elçin Cəfərov və “Şeron” vokal qrupu bəstəkarın mahnılarını səsləndirəcək.
Sənətçiləri Xalq Artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.
Biletləri şəhərin kassalarından əldə etmək olar.
AZERTAG.AZ :Emin Sabitoğlunun musiqi dünyası