Aprelin 7-də Heydər Əliyev Sarayında xalq artisti, bəstəkar Emin Sabitoğlunun bəstələdiyi mahnılardan ibarət böyük konsert proqramı keçiriləcək.
Milli.Az bildirir ki, "Emin Sabitoğlunun musiqi dünyası" adlı konsertdə respublikanın xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, aşıq Samirə, tanınmış müğənnilər Natavan Həbibi, "Şeron" vokal qrupu, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov və Elçin Cəfərov iştirak edəcəklər.
Müğənniləri səhnədə "Buta" instrumental ansamblı müşayiət edəcək.
Qeyd edək ki, ansamblın bədii rəhbəri xalq artisti Fəxrəddin Dadaşov, musiqi rəhbəri Rövşən Qurbanovdur.
Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74
Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdu.
Milli.Az


