A–
İstanbul, 8 mart, AZƏRTAC
İstanbulda Türkiyənin nəqliyyat, dınizçilik və xəbərləşmə nazirliyi (NDXN) və Turkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) birgə təşkilatçılığı ilə “Transxəzər multimodal nəqliyyat dəhlizləri “ mövzusunda konfrnas keçirilir.
Konfrnasda ölkəmizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransın açılışında TDƏŞ baş katibinin müavini Abzal Saparbekulı və NDXN-in departament rəhbəri Olcay Doğanın çıxışları dinlənilib.
Seçil Özyanık TRASEKA barədə geniş təqdimatla çıxış edib. Sonra nümayəndə heyətləri başçılarının çıxışları olub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri İqbal Hüseynov Azərbaycan dövlətinin nəqliyyat siyasətində xüsusi yeri olan dəmir yolu sisteminin mövcud vəziyyəti və perspektivlər barədə ətraflı məlumat verib. Azərbaycanın nəqliyyat daşınmalarında çoxistiqamətliliyi təmin etmək üçün həyata keçirilən layihələrin beynəlxalq əhəmiyyətindən danışan İ.Hüseynov bildirib ki, Rəşt (İran)-Astara (Azərbaycan) və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycan üzərindən bütün qütblər üzrə daşımaların həyata keçirilməsinə imkan verəcək. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının uzun illərdən bəri təcavüzkar Ermənistan tərəfindən məruz qaldığı hərtərəfli blokadanın aradan qaldrılması təmin olunacaq.
Üç paneldən ibarət konfransda Qazaxıstan, Qırğızıstan və Türkiyənin müxtəlif qurumlarını təmsil edən nümayəndələrin təqdimatları olub.
Çıxışlarda Azərbaycanın həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələri yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən və perpektivdə olan bu layihələr Azərbaycanla yanaşı, bütün qonşu dövlətlər üçün nəqliyyat daşımalarını artırmağa və sadələşdirməyə böyük şanslar yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
AZERTAG.AZ :Azərbaycanın həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələri yüksək dəyərləndirilib