Xalq artisti Mübariz Tağıyev “Səs Azərbaycan” layihəsinin qalibi Emiliya Yaqubovaya dəstək olacaq.

Axşam.az-ın məlumatına görə, müğənni qatıldığı radio verilişində ifaçıya böyük jest edib. Belə ki, M.Tağıyev onunla duet oxuyacağına söz verib. O, bildirib ki, bu duet onun yaradıcılığında da bir yenilik olacaq.

Qeyd edək ki, Emiliyaya şounun final günündə dəstək olanlardan biri də xalq artisti Zülfiyyə Xanbabayeva olub.