Bakı. Trend:

Qusarda yanğın hadisəsi qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, rayonun Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az