"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Kanberrada avstraliyalı həmkarı Culi Bişopla görüşünün yükununda deyib.
"İran heç vaxt silahından, o cümlədən raketlərindən hansısa ölkəyə hücum etmək məqsədilə istifadə etmir. Bütün silahlarımız yalnız müdafiə məqsədilə istifadə oluna bilər", - deyə XİN başçısı bildirib.