A–
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayacaq
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, imzalama Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin martın 15-dən Koreya Respublikasının paytaxtı Seula səfəri zamanı baş tutacaq.
Martın 18-dək davam edəcək səfər çərçivəsində Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlərin keçirilməsi, görüşlər zamanı qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və qeyd edilən sahə ilə bağlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsi və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.
AZERTAG.AZ :Dəniz Administrasiyası Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayacaq