İslandiyanın paytaxtında keçirilən "Reykyavik Open 2016" beynəlxalq şahmat turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə 10 turdan ibarət keçirilən yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov sonuncu turda Bolqarıstan şahmatçısı İvan Çeparinov ilə xalları yarı bölüb. Bununla da turnirdə 7,5 xal toplayan Ş.Məmmədyarov 3-10-cu yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə beşinci pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xal toplayan Hindistan təmsilçisi Adhiban Qubta olub.

Turnirdə Azərbaycan ilə yanaşı, Rusiya, Macarıstan, ABŞ, İtaliya, Almaniya və s. olmaqla ümumilikdə 31 ölkədən 235 şahmatçı mübarizə aparıb.

Milli.Az