Martın 17-də Livan paytaxtı Beyrutun cənub rayonlarına 71 Hizbullah döyüşçüsünün cəsədi gətirilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, onlar Suriya ərazisində İŞİD-lə döyüşdə həlak olublar.

Ərəb mediası həmin döyüşçülərin əksəriyyətinin "Raduan" batalyonunda döyüşdüyünü və komandir vəzifələri daşıdığını müəyyən edib.

Cəsədlər çürüdüyü üçün "Hizbullah" təşkilatı onların sarı bayraqlara bürünmüş tabutlarını qısa müddətdə dəfn edib.

71 döyüşçünün hamısının Suriyanın Palmira şəhəri uğrunda gedən döyüşlərdə həlak olduğu bildirilir.

Milli.Az