Xalq artisti Zülfiyyə Xanbabayeva "Ondan sonra" verilişində Yusif Ağayevin qonağı olub.
Publika.az xəbər verir ki, verilişdə Yusif Ağayev xalq artistinə iradlarını bildirib: "Həyat yoldaşınız Zaur Məmmədovu tanıyıram, çox alicənab insandır. Məndən incimə, amma sənin kimi xanımın həyat yoldaşı olmaq çətindir. Çünki çox kaprizlisən".
Zülfiyyə Xanbabayeva isə aparıcının iradı ilə razılaşmayıb: "Başqa cür ola da bilməz. Kaprizli xanım deyiləm, sadəcə məsuliyyətliyəm. Yeri gəlmişkən buradan həyat yoldaşımın da bayramını təbrik edirəm. Allah ona can sağlığı versin. Hər zaman yanımızda olsun".
Milli.Az