İspaniyanın ikinci liqasının B qrupunda mübarizə aparan "Rekreativo" heç də yaxşı günlərini yaşamır. Fanat.az xəbər verir ki, maddi sıxıntılar yaşayan klub dağılır.

Artıq məsələnin ciddiliyi ilə bağlı klubun rəsmi saytında da məlumat yerləşdirilib. Məlumatda növbəti turda keçiriləcək "Qranada B" ilə matçın sonuncu oyun ola biləcəyi qeyd olunub. Ev oyunlarını 21 min 600 nəfərlik "Nuvevo Kolombino" stadionunda keçirən "Rereativo" sözügedən komanda ilə matçın biletlərni 1 avroya endirib. Bu isə klubun yaralarını sağaltmır. İş burasındadı ki, 1889-cu ildə yaranan klubun 22 milyon avro borcu var. 8 aydı ki, klubda çalışanlar maaş üzünə həsrətdi.

Qeyd edək ki, "Rekreativo" 5 dəfə La Liqada çıxış edib, 2006-cı ildə də "Santiaqo Bernabeu"da "Real"a darmadağınla qalib gəlib -3:0.

Fanat.az